Sentyabrın 23-dən hava dəyişəcək

sentyabrin-23-den-hava-deyisecek
Oxunma sayı: 642

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 23-ü axşamadək Abşeron yarımadasında mülayim isti və sabit hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli