Sərnişin təyyarəsi yoxa çıxdı

sernisin-teyyaresi-yoxa-cixdi
Oxunma sayı: 4476

İndoneziyanın Papua bölgəsində Dimonin Hava Yollarına məxsus “Pilatus PC-6 Porter” tipli sərnişin təyyarəsi yoxa çıxıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, kiçik təyyarədə 2 ekipaj üzvü və 7 sərnişin olub. Onlardan biri uşaqdır.

Peqununqan Bintanq bölgəsindəki sakinlər yaxınlıqda güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Təyyarənin düşməsi ehtimalına qarşı bölgədə axtarışlara start verilib.