Şimali Koreyanın raket sınağı uğursuz oldu

simali-koreyanin-raket-sinagi-ugursuz-oldu
Oxunma sayı: 642

“Azerimuslim.com” xarici KİV-ə istinadən bildirir ki, Şimali Koreya Xalq Respublikasının beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan raket sınağı uğursuz alınıb.

Yaponiyanın “NHK” telekanalının xəbərinə görə, buraxıldıqdan sonra yalnız havada 120 km məsafə qət edən raket 4 hissəyə parçalanaraq, dənizə düşüb. Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında raketin Koreya yarımadasından 200 km aralıda dənizə düşdüyü barədə məlumatlar təsdiqlənib. Nazirliyin açıqlamasında şimal qonşusunun sınağının uğursuzluğa düçar olduğuna dair ifadələr də öz əksini tapıb.

Qeyd edək ki, rəsmi Pxenyan raketin mərhum lider Kim İl Sanqın anadan olmasının 100 illiyi münasibətilə kosmosa göndərəcəyi raketlə orbitə aktiv peyk yerləşdirmək niyyətində olduğunu bildirmişdi.