“Simurq” legioneri ilə vidalaşdı

simurq-legioneri-ile-vidalasdi
Oxunma sayı: 655

“Qafqazinfo”nun verdiyi xəbərə görə, futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilə vaxtından əvvəl ləğv edilib.

Andreys Rubins 2011-ci ilin sentyabr ayından “Simurq”un formasını geyinib və ilk dəfə V turda “İnter”lə oyunda debüt edib. Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyali futbolçu XII turda “Rəvan”la görüşdə “Simurq”un forması altında ilk və sonuncu qolunu vurub. Təcrübəli yarımmüdafiəçi buna qədər isə Azərbaycan çempionatında Bakının “İnter” və Ağdamın “Qarabağ” klubunda forma geyinib.

Ceyhun Əhmədov