Skripal evə buraxıldı

skripal-eve-buraxildi
Oxunma sayı: 918

Martın 4-də qızı Yuliya ilə birlikdə İngiltərənin Salisburi şəhərində zəhərlənən Rusiya vətəndaşı, ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal müalicə aldığı xəstəxanadan çıxarılıb.

“Qafqazinfo” “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bu barədə İngiltərə Milli Səhiyyə Sistemindən məlumat verilib.

Xatırladaq ki, 33 yaşlı Yuliya Skripal isə aprelin 9-da evə buraxılmışdı.

Qeyd edək ki, ata və qızı “Noviçok” adlı kimyəvi maddə ilə zəhərlənmişdilər.

Bu hadisəyə görə İngiltərə və Rusiya arasında diplomatik gərginlik yaşanmış, hər iki ölkə qarşılıqlı olaraq diplomatları ölkədən qovmuşdu.