Sobçak İlham Əliyevi verilişinə dəvət etdi

sobcak-ilham-eliyevi-verilisine-devet-etdi-
Oxunma sayı: 639

Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak edən məşhur telejurnalist Kseniya Sobçak instagram səhifəsində yeni şəkillər paylaşıb. “Qafqazinfo”nun məlumatına görə, Sobçak forumda prezident İlham Əliyevlə tanış olduğunu və onu “Dojd” kanalında yayımlanan proqramına dəvət etdiyini yazıb.

Qeyd edək ki, telejurnalist aprelin 11-13-də Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.