Sosial qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

sosial-qaygiya-ehtiyaci-olan-usaqlar-ucun-tedbir-kecirildi
Oxunma sayı: 1052

15 iyun- Milli Qurtuluş günü münasibəti ilə Nəsimi rayon icra hakimiyyəti Zabitlər parkında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi  rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edib. Bildirdi ki,  15 iyun - Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığın xilas gününün bayramıdır. 

Bayram şənliyində tədbir iştirakçılarına hədiyyələr təqdim olunub, uşaqalar parkdakı oyun - əyləncə qurğularından istifadə edərək əyləniblər.  Tədbirdə 111 saylı tam orta məktəbin və  2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin şagirdləri  konsert proqramı ilə çıxış ediblər.