Soyuq hava davam edəcək

soyuq-hava-davam-edecek
Oxunma sayı: 662

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo" ya verilən məlumata görə, gün ərzində mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir

Azərbaycanın rayonlarında
Dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı

Dekabrın 23-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.