Su anbarı daşdı, 48 nəfər öldü - Fotolar

su-anbari-dasdi-48-nefer-oldu
Oxunma sayı: 1748

Keniyanın Nakuru əyalətində aramsız yağan yağışlar səbəbindən Solaj su anbarı daşıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 48 nəfər ölüb.

Daşan su 7 kilometrlik məsafədə fəsadlar yaradıb. Bölgədə yaşayan 2500-dən çox insan təxliyyə edilib və hazırda təxliyyə işləri davam edir. Xilasetmə işlərinə əsgərlər və polislər də cəlb edilib.

Fəlakətdən sonar yüzlərlə ev yarasız hala düşüb, elektrik dirəkləri yerindən qopub.

Qeyd edək ki, Keniyada 2 aydır davam edən güclü leysan yağışlarının səbəb olduğu sel daşqınlarında 132 nəfər ölüb, 260 min nəfər evsiz qalıb.