Su Polisindən daha bir alqışlanası addım - Foto+Video

su-polisinden-daha-bir-alqislanasi-addim
Oxunma sayı: 2228

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatında Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları  ölkə ərazisində bir neçə şəxsi standartlara uyğun olmayan kustar üsulla hazırlanmış, antisanitar qaydalara riayət edilmədən peçdə hisə verilmiş balıq məhsulları, ev dovşanları,  bildircinlər və digər  heyvanları hazırlayarkən tutub.

 İdarədən “Qafqazinfo”ya daxil olan rəsmi məlumatda  bildirilir ki, insan sağlamlığına ciddi zərər vuracaq qədər natəmiz şəraitdə hazırlanan və əhaliyə satılan bu məhsulların heç bir dövlət  qurumundan sənədi yoxdur. İdarənin əməkdaşları tərəfindən sadalanan heyvanları hisə verilmiş şəkildə satışa cixaran Vüqar Səmədov və Rövşən Zahidli haqqında hazırda Su Nəqliyyatı Polis İdarəsində araşdırma aparılır. İdarə əməkdaşları qeyd olunan antisanitar şəraitdə hazırlanan balıq növləri, ev dovşanları, bildirçin və digər heyvanların hazırlandığı məkanı videolentə almaqla yanaşı, bu cür üsulla hazırlanan məhsulların insan sağlamlığına ciddi zərər vurulduğu hər iki şəxsin nəzərinə çatdırılıb. Adları çəkilən hər iki şəxs barədə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə əsasən müvafiq ölçü goturuləcək.

Su Nəqliyyatında Polis İdarəsi əhaliyə səslənərək bu tip satılan məhsulları alarkən çox diqqətli olmağa çağırır. İdarə əməkdaşları ölkə ərazisində bu cür halların qarşısının alınması naminə reydləri davam etdirir. Məlumatda o da bildirilir ki, Su polisi dəniz kənarındakı qum,  balıqqulaqlarını oğurlayan, dənizə  qanunsuz körpülər salan, eləcə də dənizə qum tökməklə dənizi qurudanlara qarşı reydlər həyata keçirəcək.