Süni qiymət artımı ilə bağlı ciddi tapşırıq verildi

suni-qiymet-artimi-ile-bagli-ciddi-tapsiriq-verildi
Oxunma sayı: 3549


“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəhbəri Namiq Həsənov bildirib. N. Həsənov deyib ki, Azərbaycanda yanacağın qiymətinin qaldırılmasından sonra, bu məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə xeyli müraciətlər daxil olub: “Nəinki şəhər daxili, həmçinin regionlara gedən avtobuslarda da qiymət artımı ilə bağlı Nazirliyə müraciətlər daxil olur. Yaxın günlərdə reydlərə start veriləcək və süni qiymət artımına yol verən avtobuslar xətlərdən kənarlaşdırılacaq. Kim özbaşınalıq edirsə, onlara qarşı ciddi tədbirlər görüləcək. Heç kəsin özbaşına qiymət artırmasına ixtiyarı yoxdur. Nazirlik sahibkarlara bununla bağlı ciddi tapşırıq verib. Əgər bu cür hallarla rastlaşsaq sahibkarlarla bağlı ciddi tədbirlər görüləcək”. 

N. Həsənov qeyd edib ki, hazırda yalnız Bakı şəhəri üzrə 2400-dən artıq avtobus fəaliyyət göstərir: “Bunlar 172 xətt üzrə hərəkət edir. Xətlərə 32 sahibkar tərəfindən rəhbərlik edilir”.