Tailand 8 ildən sonra ilk dəfə parlament seçkisi keçirir

tailand-8-ilden-sonra-ilk-defe-parlament-seckisi-kecirir
Oxunma sayı: 1113

Tailandda 8 ildən sonra ilk parlament seçkiləri keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkiyə 4 partiya və 2,8 mindən çox namizəd qatılıb. Yerli vaxtla 08:00-da açılan səsvermə məntəqələri 17:00-a qədər açıq olacaq. Ölkədə təxminən 51  milyon nəfərin səsvermə hüququ var.

Seçkilərdən sonra yeni tərkibli parlament Tailandın baş nazirini seçəcək. 

Qeyd edək ki, Tailand sonuncu dəfə 2011-ci ildə parlament seçkiləri keçirib. 2014-cü ildə isə ölkədə hərbi çevriliş olub, general Prayut Çan-Oç hərbi hökumətə rəhbərlik edib.