Taliban hücum etdi - 10 polis öldü

taliban-hucum-etdi
Oxunma sayı: 650

Əfqanıstanda Taliban qruplaşmasının silahlıları nəzarət keçid məntəqəsində hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Tolo News” kanalı məlumat yayıb.

İnsident ölkənin qərbində Herat vilayətində qeydə alınıb. Hücum zamanı 10 polis həlak olub.

Polislərin nümayəndəsi Cülanı Fərhadın zölərinə görə 4 silahlı öldürülüb. Terrorçular polislərə məxsus silahların çox hissəsini ələ keçirə biliblər.