Tanınmış yazıçı 95 yaşında vəfat etdi

taninmis-yazici-95-yasinda-vefat-etdi
Oxunma sayı: 1017

Britaniyalı yazıçı və illüstrator Cudit Ker 95 yaşında vəfat edib.

“Qafqazinfo”un məlumatına görə, bu haqda “HarperCollins” nəşri xəbər verib.

Cuditin ən məşhur illüstrasiyalı uşaq kitabı 1968-ci ildə nəşr olunmuş “Çay içməyə gələn pələng”dir. O, bir çox dillərə tərcümə edilmişdi. Yazıçının son əsərlərindən biri isə 2011-ci ildə işıq üzü görmüş “Mənim Henrim”dir.

Bundan əlavə, yazıçı bu il Britaniya imperiyası Ordeninə layiq görülmüşdü.

Qeyd edək ki, C. Ker 1923-cü ildə Berlində anadan olub.