Tarixi məscidlərdə ingiliscə moizə oxunacaq

tarixi-mescidlerde-ingilisce-moize-oxunacaq
Oxunma sayı: 634

İstanbul şəhərindəki tarixi məscidlərdə oxunan xütbənin (Cümə namazına aid xüsusi moizə) ingilis dilində icmalı da turistlərə çatdırılacaq.

Bu barədə məlumatı Türkiyənin rəsmi din qurumunun sədri Məhmət Görməz İstanbul valisi Hüseyn Avni Mutlunu ziyarəti vaxtı deyib. Professor Görmez sadəcə Sultanəhməd camesini hər cümə namazı vaxtı 5 yüzdən çox, bəzən minə yaxın əcnəbi turistin ziyarət etdiyini bildirib.
O, “Sultanəhməddəki xütbələrimizin ingiliscə icmalını verərək gələn turistlərin natiqin bu həftə nə danışdığını bilməsini təmin etməyi çox əhəmiyyətli görürük. Yaxın vaxtlarda bunu da görəcəksiniz. Tarixi camelərimizə gələn müsəlman turistlər cümə namazı qıldıqdan sonra oxunan xütbənin ingiliscə icmalı ilə də tanış olacaqlar”-deyib. /diyanet.gov.tr/