Təhsil naziri haqqında vərəqələri kim yayır?

Təhsil naziri haqqında vərəqələri kim yayır?
Oxunma sayı: 118

“Azadlıq” radiosunun məlumatına görə, vərəqələrdə təhsil nazirinin şəkli üzərindən xətt çəkilib. Yazılıb ki, “hər bir kəsin öz inancına uyğun olaraq geyinmək və təhsil almaq hüququ var, ancaq bu hüquq kobudcasına pozulur”.
Bakı şəhəri Təhsil Idarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı vərəqələr barədə idarədə məlumat olmadığını deyib: “Ölkədə təhsil haqqında qanun, bu qanunda məktəbli forması ilə bağlı xüsusi maddə var. Bu məsələ ilə bağlı mövqeyimizi açıqlamışıq”.
Ötən ilin sonunda məktəblilərin dərsə məktəbli formasında gəlməsinin tələb olunması dindarların narazılığına səbəb olub, nazirlik qarşısında aksiyalar keçirilib.
Bir müddət əvvəl isə Bakının müxtəlif yerlərində hicabı dəstəkləyən plakatlar yapışdırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi