Telman İsmayılovun Cenifer Lopezə verdiyi pulun məbləği məlum oldu

telman-ismayilovun-cenifer-lopeze-verdiyi-pulun-meblegi-melum-oldu
Oxunma sayı: 7049


Azərbaycanlı milyarder Telman İsmayılovun bir neçə il əvvəl məşhur müğənni Cenifer Lopezə doğum günündə verdiyi pulun miqdarı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" qəzetinin köşə yazarı Doğan Uluç “Bastır parayı, bülbül olsunlar” başlıqlı yazısında qeyd edib. O, Telman İsmayılovu rus oliqarxı kimi təqdim edərək 2006-cı ildə keçirilən 50 illik yubileyinə dəvət etdiyi Cenifer Lopezə 1.4 milyon dollar verdiyini bildirib.

Daha sonra Doğan Uluç Cenifer Lopezin ötən ay 56 yaşını qeyd edən Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun şərəfinə də oxuduğunu və 2.5 milyon dollar aldığını vurğulayıb.