Texasda məktəbə atəş açanın kimliyi bilindi

texasda-mektebe-ates-acanin-kimliyi-bilindi
Oxunma sayı: 2102

Amerikanın Texas ştatının Santa-Fe şəhərində məktəbə silahla atəş açanın şəxsiyyəti müəyyənləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 10 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı silahlı hücumu məktəbin 17 yaşlı şagirdi Dimitrios Paqurtzis törədib. Daha bir 18 yaşlı şagird şübhəli şəxs kimi saxlanılıb. Texas qubernatoru Qreq Ebbot Dimitriosun bir ədəd ov tüfəngi və tapança ilə atəş açdığını, hər iki silahın cinayətkarın atasına məxsus olduğunu açıqlayıb. Məktəblinin evində xeyli sayda partlayıcı maddələr də aşkarlanıb. 

Qeyd edək ki, Paqurtzisin “Facebook” hesabında paylaşdığı fotoda “Öldürmək üçün doğulub” (Born to kill) yazılmış tişört geyinməsi diqqətdən qaçmayıb.

Nuranə