Tolqahan Sayışman xəstəxanalıq oldu

tolqahan-sayisman-xestexanaliq-oldu
Oxunma sayı: 1733

Afrikada da olduqca məşhur olan türkiyəli aktyor Tolqahan Sayışmana Anqoladan dəvət gəlib. 

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, dəvəti qəbul edən aktyor bu ölkəyə səfər etməzdən öncə sarıhumma peyvəndini etdirib. Lakin onun bədəni peyvəndə qarşı allerjik reaksiya göstərərək yüksək hərarətə səbəb olub. 

Xəstəxanaya yerləşdirilən Sayışman bir gün həkim nəzarəti altında saxlanılıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Qeyd edək ki, sarıhumma peyvəndi zəruri peyvəndlərdən biridir. Onun səyahətə çıxmazdan əvvəl (ən az 10 gün əvvəl) mütləq edilməsi və sənədləşdirilməsi lazımdır.