Torpaq yola doğru irəliləyir

torpaq-yola-dogru-irelileyir
Oxunma sayı: 1956

Badamdar qəsəbəsində baş verən sürüşmə zonasından yeni xəbər var.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov bildirib ki, bu gün saat 09:00-a kimi aparılan monitorinqin nəticələrinə əsasən hasar divarları idtiqamətində uçqunların artımı qeydə alınıb. 

Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadir.