“Toya hazırlıq, evlənirəm...” - Nigar Camal

toya-hazirliq-evlenirem
Oxunma sayı: 5025

Müğənni Nigar Camalın sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, 38 yaşlı ifaçı instagram səhifəsində gəlinlik paltarında şəklini yayıb. 

O, fotoya “Toya hazırlıq” şərhini yazıb, “Evlənirəm”, “Səni sevirəm” həştəqlərindən istifadə edib. Paylaşımdan sonra hamı Nigarı təbrik etməyə başlayıb. 

Daha sonra məlum olub ki, müğənni ATV kanalının yeni il çəkilişi üçün belə bir obraz yaradıb.