Traktorla toqquşan “06”nın sürücüsü həlak oldu

traktorla-toqqusan-06nin-surucusu-helak-oldu
Oxunma sayı: 1133

Saatlı rayonunun Azadkənd kəndi ərazisində yol qəzası baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 18-də saat 20 radələrində olub.

Kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub. Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. 

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.