Tramp Türkmənistan qazının Avropaya Azərbaycan vasitəsilə ixracını dəstəkləyir

Tramp Türkmənistan qazının Avropaya Azərbaycan vasitəsilə ixracını dəstəkləyir
Oxunma sayı: 1174

ABŞ prezidenti Donald Tramp Xəzərin hüquqi statusu müəyyən edildikdən sonra Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

“Qafqazinfo” “Neytralnıy Türkmenistan” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedova Novruz bayramı ilə əlaqədar təbrik teleqramında yazıb:

“Ümid edirəm ki, Xəzərin hüquqi statusu müəyyən olunması ilə bağlı Türkmənistan öz qazını Qərbə ixrac etmək imkanlarından yararlana biləcək”.

Qeyd edək ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin ölkə başçılarının V Zirvə toplantısında imzalanıb. Daha sonra isə Avropa İttifaqı Türkmənistanın təbii qazının Avropa bazarlarına Azərbaycan vasitəsilə tədarükü təklifini irəli sürmüşdülər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi