Trampın itələdiyi baş nazir danışdı - “Əhəmiyyət vermədim”

trampin-itelediyi-bas-nazir-danisdi
Oxunma sayı: 651

Monteneqroda sosial şəbəkə istifadəçiləri NATO sammitində ABŞ prezidenti Trampın ölkənin baş naziri Duşko Markoviçi itələməsini gərgin müzakirə mövzusuna çeviriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər ölkənin milli teleradio şirkətinin portalında bununla bağlı gedən xəbərin altına yazdığı şərhlərdə ABŞ-a qarşı sanksiyalar tətbiq edilməsini tələb ediblər. 

Teleradio şirkəti, guya ABŞ-da Trampın üzr istəməsini tələb edən imzatoplama kampaniyasının başlandığını bildirsə də, süjetdə xəbəri əsaslandıracaq heç bir fakt olmayıb. 

Qeyd edək ki, qalmaqalda adı keçən Monteneqronun baş naziri Duşko Markoviç isə bəyan edib ki, NATO-da ailə fotosu çəkilən zaman Trampın onu itələməsinə əhəmiyyət verməyib. O, Trampa Monteneqronun NATO-ya daxil olmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, Birləşmiş Ştatlar prezidenti üçün ilk sırada dayanmaq təbii haldır.