Türkiyədə fabrikdə güclü yanğın - Fotolar

turkiyede-fabrikde-guclu-yangin
Oxunma sayı: 1280

Türkiyədə Tuzla Mütəşəkkil Sənaye Bölgəsində dəri fabrikində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və polislər cəlb edilib.

Bildirilir ki, hazırda fabrikdə partlayışlar baş verir.

Yanğının hansı səbəbdən baş verdiyi barədə hələ ki, məlumat yoxdur.

***

İstanbul Böyükşəhər Bələdiyyəsi Xilasetmə Şöbəsinin müdiri Əli Karahan bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Onun sözlərinə görə, yanğının söndürülməsi prosesinə 48 avtomobil və 138 işçi cəlb edilib.

Yanğının digər fabriklərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

***

Məlumata görə, fabrikdə kimyəvi maddələr istehsal olunur.

İkisi yanğınsöndürən olmaqla 6 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.