Türkiyədə İŞİD-çi azərbaycanlıya hökm oxundu - “Qayınatamın iftirasıdır...”

turkiyede-isid-ci-azerbaycanliya-hokm-oxundu
Oxunma sayı: 1176

Türkiyədə İŞİD üzvü olan azərbaycan əsilli Rusiya vətəndaşına hökm oxunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kocaeli Ağır Cinayət Məhkəməsində baş tutan prosesdə Atakişiyev Aqşinin Suriyaya saxta pasportla gedərək İŞİD ilə əlaqə qurduğu və WhatsApp vasitəsilə İŞİD üzvləri ilə yazışdığı ortaya çıxıb. “İnterpol”"un qırmızı xətti ilə axtarışa verdiyi Aqşinə 6 il 3 ay həbs cəzası verilib. 

Məhkəmədə son sözlə çıxış edən A.A İŞİD-lə əlaqəsinin olmasını inkar edib:

“Mən müsəlmanam, içki içmirəm, qumar oynamıram. Türkiyəyə 3 il əvvəl dinimi yaşamaq, işləyərək Rusiyadakı həyat yoldaşım və uşaqlarıma baxmaq üçün  gəldim. 

Rus əsilli olan həyat yoldaşımın ailəsi ilə problemlərim oldu. Qayınatam başımı bəlaya salmaq üçün mənə iftira atdı. Rusiya dövlət qurumları isə bunu ciddi qəbul etdilər”.