Türkiyədə seçki ərəfəsi terror planlaşdıran 14 İŞİD-çi saxlanılıb

turkiyede-secki-erefesi-terror-planlasdiran-14-isid-ci-saxlanilib
Oxunma sayı: 917

Türkiyənin paytaxtı Ankarada terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.

“Qafqazinfo” “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, paytaxtda bir neçə ünvanda aparılan reydlər nəticəsində 14 İŞİD üzvü saxlanılıb. Onlar prezident seçkilərindən əvvəl terror aktları törətməyi planlaşdırıblar. Bildirilir ki, ekstremistlərin hamısı əcnəbidir. 

Qeyd edək ki, Türkiyə iyunun 24-ü yeni prezidentini seçəcək.

Aysel Kərimova