“Türkiyənin ən namuslu qadınıyam”

turkiyenin-en-namuslu-qadiniyam
Oxunma sayı: 3125

Yeşilçam ulduzu Banu Alkan müzakirələrə səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, məşhur aktrisa Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramına qonaq olarkən maraqlı fikirlər səsləndirib. 

Əvvəlcə, 61 yaşlı kino siması aktrisa Beren Saat barədə danışıb: “Beren Saat ulduz deyil, olmağa çalışır. 2-3 seriala çəkilməklə ulduz olmur. Mən 42 kinoda rol almışam. Filmə çəkilməkdən gəncliyimi yaşaya bilmədim. İstəsəm, indi də kinoya çəkilərəm, amma bunun arzusunda deyiləm. İndi gəncliyimi yaşamaq istəyirəm”. 

B. Alkan daha sonra Amerikada yaşayan sevgilisindən söhbət açıb: “Onunla heç vaxt görüşmədik, həmişə telefonla danışırdıq. Los-Ancelesdə yaşayırdı. Onunla qarşılaşmamaq üçün “Xaricdəyəm” deyirdim. Mən Türkiyənin ən namuslu qadınıyam. Heç vaxt pula önəm vermədim, həmişə sadə oldum. Buna görə də, insanlar məni sevir”.