Türkün toxumu Bakıda

turkun-toxumu-bakida
Oxunma sayı: 751

Onun sözlərinə görə, bir qədər əvvəl özünün rəhbərliyi ilə qurumun nümayəndələri Azərbaycanda səfərdə olarkən Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq qurumların rəsmiləri ilə görüşüb müzakirələr aparıblar. Bizimlə söhbətində TÜSAB-in məqsəd və vəzifələrindən danışan T.Çağlayan görüşləri zamanı türkiyəli mütəxəssislərin kəşf etdiyi toxumların rəsmən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tanınmasını istədiklərini də dilə gətirdi: “Bizim bu qurumu yaratmaqda məqsədimiz Türkiyədə toxumçuluq ənənələrinin yaşadılması, inkişaf etdirilməsi, alimlərimizin istehsalçılarla birgə əldə etdikləri uğurları dünyada yaymaq, Türkiyə toxumçuluq firmalarının ticarət əlaqələrini genişləndirməkdir. Biz ilk olaraq Qafqaz, Avrasiya, Ortadoğu, Orta Asiya ölkələrində fəaliyyət göstərən ticarət şəbəkələri ilə Türkiyə toxumçuluq firmalarının iş birliyinin qurulmasına çalışırıq. Bizim üçün doğma olan qardaş Azərbaycanda nəzərdə tutulan tədbirdə də yerli və türk firmaları arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini ətraflı müzakirə edəcəyik. Biz türk toxumçuluğunu dünyaya duyurmaq istəyirik”.


T.Çağlayan TÜSAB-da Türkiyəni toxumçuluqla məşğul olan 500-ə elmi və toxumçuluq firmanın birləşdiyini deyib. O, son 10 ildə Türkiyədə toxum ixracının artdığını, hər il artan idxal prosesinin isə azaldığını bildirib.


Qeyd edək ki, sentyabrın 5-də, saat 10:00-da Bakıdakı “Grand Hotel Europe”da (Avropa Oteli) keçiriləcək simpoziyum və iki tərəfli görüşlər də iştirak sərbəstdir.