“Türküstan” qəzeti “TÜRKSOY Basın Ödülü”nə layiq görülüb

turkustan-qezeti-turksoy-basin-odulune-layiq-gorulub
Oxunma sayı: 977

“Qafqazinfo”nun “Modern.az”a istinadən verdiyi xəbərə görə, qəzetə bu mükafat 2011-ci ildə türk dünyasının tarixi, mədəniyyəti, tanınmış ziyalıları haqqında məlumatları geniş işıqlandırdığı üçün təqdim edilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinovun qəzetə ünvanladığı məktubda ödülün təqdim olunma mərasiminin yanvarın 26-da Ankarada TÜRKSOY-un qərargahında keçiriləcəyini bildirib. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Ankarada təqdimat mərasimindən sonra yanvarın 27-28-də Türkiyənin Konya və Kayseri şəhərlərində TÜRKSOY-un tədbirlərində də iştirak edəcəklərini qeyd edib.
Azerbaycanın mədəniyyət ve turizm naziri Ebülfəz Qarayev də həm "TÜRKSOY Basın Ödülü"nün təqdimatı, həm də M.F.Axundov ilinin elan olunması mərasimlərində iştirak edəcək.
Qeyd edək ki, "TÜRKSOY Basın Ödülü" 2009-cu ildə TÜRKSOY Baş Katibliyi tərəfindən təsis edilib.Ödülün təsis olunmasında məqsəd TÜRKSOY təşkilatının fəaliyyətini və türk dünyası mədəniyyətinin KİV vasitəsilə dünyada geniş təbliğ etmək və yayımlamaqdır.
TÜRKSOY türk ölkələri mədəniyyət nazirləri tərəfindən 12 iyul 1993-cü ildə Almatıda yaradılıb.
TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 8 üzvlər isə əsasən müşahidəçi qismində iştirak edirlər. Mərkəzi qərargahı yerləşir.