“Ufak Tefek Cinayetler”ə çəkilmədi

ufak-tefek-cinayetlere-cekilmedi
Oxunma sayı: 2269

Fenomen serial “Ufak Tefek Cinayetler”in Mervesi Aslıhan Gürbüz əməliyyat olunub.  “Qafqazinfo” xəbər verir ki, bel yırtığından əziyyət çəkən aktrisa ötən gün bıçaq altına yatıb. 

“Canımı alan 2-ci bel yırtığımı da aldırdım.  Bir müddət sakitləşməyim üçün yatmalıyam. Hər şey qaydasındadır, narahat olmayın” deyə A.Gürbüz instaqramda bildirib. 

O, çəkilişlərdən iki həftəlik uzaq gəzəcək. Aktrisa bu gün müalicə aldığı Acıbadem Xəstəxanasından çıxaraq evinə yollanacaq. 

Qeyd edək ki, Aslıhan “Ufak Tefek Cinayetler”in son bölümündə yer almayıb.