Ukrayna Rusiya ilə sərhəddə təhlükəsizliyi gücləndirdi

Ukrayna Rusiya ilə sərhəddə təhlükəsizliyi gücləndirdi
Oxunma sayı: 574

Rəsmi Kiyev martın 31-də keçiriləcək prezident seçkilərində təhlükəsizliyi təmin etmək məqsədilə Ukrayna-Rusiya sərhədini gücləndirib. 

“Qafqazinfo” “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti rəhbərinin köməkçisi Oleq Slobodyan bildirib.

Nazirlik hesab edir ki, bu müddət ərzində sərhəddə təhlükəli vəziyyət artıb.

Qeyd edək ki, seçkilərdə hazırki dövlət başçısı Petro Poroşenko da daxil olmaqla ümumilikdə 39 namizəd prezident olmaq üçün mübarizə aparacaq.

Xatırladaq ki, P. Poroşenko “Ukraynada seçki prosesinə nəzarətdə Ukraynanın bəzi qanunlarına düzəlişlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Rusiya vətəndaşlarının martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirakına qadağa qoyulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi