Ukraynadakı səfirliyimizdə yeyinti ilə bağlı Baş Prokurorluğa - Müraciət

ukraynadaki-sefirliyimizde-yeyinti-ile-bagli-bas-prokurorluga
Oxunma sayı: 1952

Azərbaycan Xarici İşlər Nazirliyində ölkəmizin Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb.

Bu barədə XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Baş Prokurorluğuna müvafiq müraciət göndərilib.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev KİV-ə açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman (2001-2010-cu illər) 2 milyon 400 min dollar dövlət vəsaitini mənimsədiyini iddia etmiş, əlində bütün bunların hər birini sübut edən faktlar və sənədlər olduğunu bəyan etmişdi.

Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləmişdi.