Universitetdə Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

universitetde-hemreylik-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 689

Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq bütün müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik edib.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirib ki, 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi daxil olub. İndi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz həmrəylik gününü təntənə ilə qeyd edirlər.
Sonra Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun nəticələrinə görə “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç tərəfindən millət vəkili Qənirə Paşayevaya təqdim olunub.
Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirilib.
Mərasimin sonunda Qafqaz Universiteti tərəfindən 9 noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş müsabiqənin nəticələri elan olunub və qalib olan tələbələr mükafatlandırılıblar.
Nigar Məmmədli