Vasif Talıbov onu yeni agentliyə rəhbər gətirdi

vasif-talibov-onu-yeni-agentliye-rehber-getirdi
Oxunma sayı: 3397

Naxçıvan Muxtar Respublikasının Avtomobil Yolları Dövlət Agentliyinə direktor təyin edilib.

“Qafqqzinfo”nun məlumatına görə, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmanla Dövlət Agentliyinin rəhbəri postu Bəhruz Əli oğlu Əsgərova həvalə edilib.

Xatırladaq ki, V.Talıbov fevralın 14-də “Naxavtoyol” Dövlət Şirkətinin əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılması barədə fərman imzalamışdı.