Velosipedçimiz 3-cü oldu

velosipedcimiz-3-cu-oldu
Oxunma sayı: 644

25 komanda mübarizənin 3-cü günündə Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. 165 km məsafəni qət edən ilk idmançı Vitali Popkov olub. Ukraynanın “ISD Continental Team” klubunun üzvü bütün rəqiblərini arxada qoyub.

Qəbələyə qayıdan 2-ci velosipedçi isə Stiv Brooksdur. Belçikanın “Lotto-Belisol” klubun üzvü yalnız Vitalidən geri qalıb. Fəxri kürsüdə Azərbaycanın “Synergy Baku” klubu da təmsil olunub. İlk mərhələnin qalibi olan Kristof Şvaytser bu dəfə 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, növbəti - 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.