Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

vilayet-eyvazov-milli-meclisde-hesabat-verecek
Oxunma sayı: 2784

Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı Milli Məclisə daxil olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 
Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.