“WhatsApp” və “Instagram”da qrup videozəngi aktivləşəcək

whatsapp-ve-instagramda-qrup-videozengi-aktivlesecek
Oxunma sayı: 1416

“WhatsApp” və “Instagram” əlavələrində qrup şəklində videozənglər funksiyasından yararlanmaq mümkün olacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Facebook” tərtibatçıları üçün “F8” konfransında məlumat verilib.

“WhatsApp” və “Instagram” qrup videozəngində eyni anda dörd nəfər iştirak edə biləcək. Bu funksiyasının yaxın aylarda messencerə əlavə olunacağı gözlənilir.

Zəngə başlamaq üçün şəxsi bildirişlərdə yazışmanın yuxarı hissəsində yerləşən kamera işarəsinin üzərinə basmaq lazım gələcək.