Xaçmazda qəbiristanlıqda yanğın - Video+ Fotolar

xacmazda-qebiristanliqda-yangin
Oxunma sayı: 5967

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

“Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, 20-dən çox taxtadan olan başdaşı yanıb, eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Mustafayevin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur. 

 Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb.  Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır.

Emin Kərimov