Xanımı öldüyü üçün bişirməyi öyrəndi, yarışa qatıldı - Video

xanimi-olduyu-ucun-bisirmeyi-oyrendi-yarisa-qatildi
Oxunma sayı: 2419

Türkiyənin TV8 kanalında yayımlanan “MasterChef” proqramında təsirli anlar yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, yarışma proqramında iştirak edən təqaüdçü baş çavuş Mustafa Başgöz həyat hekayəsi ilə hər kəsi kədərləndirib. Belə ki, o, həyat yoldaşı xərçəng xəstəliyinə tutulduqdan sonra ailəsi üçün yemək bişirməyi öyrəndiyini bildirib:

“Həyat yoldaşımla birlikdə proqrama baxırdıq. Dedim ki, gələn il mən də qatılacam. Yoldaşım da cavabında gülərək “səni kim oraya götürər?” - söylədi. Bir neçə həftə sonra yoldaşımı itirdim. Qərara gəldim ki, onun xatirəsinə müsabiqəyə qatılım”.

Münsiflərdən 2 “hə” cavabı alan M. Başgöz yarışmanın növbəti mərhələsində iştirak hüququ qazanıb.