Xınalıqda yenə qar uçqunu oldu - 7 kəndlə əlaqə kəsildi +Video

Xınalıqda yenə qar uçqunu oldu
Oxunma sayı: 1276

Ötən gecə Quba-Xınalıq yolunda baş vermiş qar uçqununun fəsadları təmizlənsə də yenidən uçqun baş verib. Yolun 30-cu km-dən 33-cü km-nə qədər yol bağlanıb.

"Azəravtoyol"un Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qar uçqunu gecə saatlarında yenidən baş verib və 2 qartəmizləyən buldozer hadisə yerinə cəlb olunub. Uçqun nəticəsində yaranan qarın hündürlüyü 15 metrdən çoxdur. 

Qeyd edək ki, qar uçqunu nəticəsində Qrız, Cek, Əlik, Haput, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzilə əlaqələri kəsilib.

Emin Kərimov




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi