Xızıda sənədsiz diri toyuqlar laboratoriyaya göndərildi

xizida-senedsiz-diri-toyuqlar-laboratoriyaya-gonderildi
Oxunma sayı: 894

Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu ərazisində birgə əməliyyat keçiriblər. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.