Bu gün dünya çempionatında daha bir yarımfinal qarşılaşması baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, Xorvatiya İngiltərə ilə üz-üzə gələcək.
Bu cütün qalibi həlledici qarşılaşmada Fransaya rəqib olacaq.
Dünya çempionatı, 2018
Yarımfinal
11 iyul
22:00. Xorvatiya – İngiltərə (İdman Azərbaycan, İctimai TV, TRT1, Kanal 1 Rusiya)
***
Matç başladı.
***
Oyunu 5-ci dəqiqəsində hesab açılıb. Tripyer cərimə zərbəsindən möhtəşəm qolla İngiltərəni hesabda önə çıxarıb.
***
Görüşün 30 dəqiqəsi geridə qalıb. Hələlik İngiltərə 1-0 hesabı ilə öndədir.
***
İkinci hissə başladı
***
İvan Perişiç 68-ci dəqiqədə Xorvatiyanın bərabərlik qolunu vurur
***
Xorvatiya - İngiltərə oyununda əlavə vaxt oynanılacaq
***
Əlavə olunmuş ilk 15 dəqiqə başladı
***
İlk əlavə vaxt başa çatdı
***
İkinci əlavə vaxt başladı
***
Mario Mandzukiç, 109-cu dəqiqədə Xorvatiyanı önə keçirir
***
Matç başa çatdı. Xorvatiya finala vəsiqə qazanır və Fransaya rəqib olur.
Xorvatiya tarixində ilk dəfə finala adlayır.