Yakuboviçin ayağı sındı

yakubovicin-ayagi-sindi
Oxunma sayı: 940


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, baş vermiş hadisəyə görə “Pole çudes” proqramının aparıcısı Sevastopola hərbi aksiyada iştiraka getməyib.

Şoumen Sevastopolda Krım müharibəsi zamanı şəhərin müdafiəsinin 160-illiyinin bayram tədbirində aparıcılıq etməli idi.

“Mən daha çox bu aksiyada iştirak etmək istəyirdim, çünki Sevastopolu çox sevirəm. Bu yaxınlarda orada idim. Amma, təəssüf ki, mən ayağımı sındırdım, gipsdə ora gedə bilmədim”- deyə 69 yaşlı televiziya aparıcısı bildirib.