Yanvar ayında 2.1 milyardlıq elektrik enerjisi istehsal edilib

yanvar-ayinda-21-milyardliq-elektrik-enerjisi-istehsal-edilib
Oxunma sayı: 654

Cari ilin yanvar ayında ölkə enerjisistemində 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə “Qafqazinfo”ya “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib.
Bununla yanaşı, il ərzində - Rusiya Federasiyası, Türkiyə və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Xatırladaq ki, 2012-ci il ərzində ölkə enerjisistemində 21,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Nigar Məmmədli