“Yerli xalqların assimilyasiyasında Çin modeli”

yerli-xalqlarin-assimilyasiyasinda-cin-modeli
Oxunma sayı: 649

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı 14 yanvar saat 14-00-da "Yerli xalqların assimilyasiyasında Çin modeli" adlı tədbir keçirəcək. Müstəqil ekspert Vüqar Öməroğlunun qonaq olacağı tədbirdə Çinin yerli xalqlara, xüsusilə, uyğur türklərinə qarşı proqramlı şəkildə yürütdüyü və dünyada rast gəlinməyən mənəvi terror vasitələrinin mahiyyəti açıqlanacaq.

İranda fars hakimiyyətinin Azərbaycan türklərinə qarşı Çin modelinin tətbiqi barədə məlumat verəcək Vüqar Öməroğlu, Çinin uyğur türkləri ilə bağlı "narkotika siyasəti"nin mahiyyətini də iştirakçıların diqqətinə çatdıracaq.
Hər kəs sərbəst şəkildə iştirak edə bilər!

Ünvan: Nərimanov m-su, Naxçıvan nümayəndəliyi ilə üz-üzə, M.Məmmədzadə küç.5/7.