“Yeznələrim qabağımda “çest” verir”

yeznelerim-qabagimda-cest-verir
Oxunma sayı: 3352

“Mən dəlisov adamam. Acı və şirin olsa da, sözün düzünü deyirəm. Mən Musanın dəliliyinə vuruldum. Onun vəhşiliyini, dəliliyini sevmişəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “5-də 5” proqramına qonaq olarkən deyib. O, həyat yoldaşı Musa Musayevi sevmə səbəbindən danışıb: “Mən “ay canım” filan deyən kişiləri xoşlamıram. Kişinin əlləri əyri-üyrü olmalıdı. Qoy, vurub dağıtsın”.

T. Qumral daha sonra yeznələrindən söhbət açıb: “Mən bir batalyona bəsəm. Sakit dayanan biri deyiləm, Allahın bəlasıyam. Yeznələrim qabağımda “çest” verir. Mənim kimi qayınananın qarşısında “çest” vermək lazımdır”.