Yük maşını məktəb binasına çırpılıb

yuk-masini-mekteb-binasina-cirpilib
Oxunma sayı: 806

ABŞ-ın Minnesota ştatında yük maşını məktəb binasına çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CBS kanalı məlumat yayıb.

Məlumata əsasən, insident Layl şəhərində yerli vaxtla səhər saat 09.00-da qeydə alınıb. Yük avtomobili əvvəlcə minik maşınına dəyib, daha sonra isə məktəb binasına çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb. Onların vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.