Yüksək vəzifələi şəxslərin adından dələduzluq edən “milyarder” həbs olundu

yuksek-vezifelei-sexslerin-adindan-deleduzluq-eden-milyarder-hebs-olundu
Oxunma sayı: 640


Baş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müəyyən edilib ki, Səbuhi Əliyev özünü Türkiyə Respublikasının vətəndaşı “Əmrə Ünlü Miyaroğlu” kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında “Kapital” MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan “Azərsu” ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14.0 min 200 manat pul alıb.

Bundan başqa onlar cinayət əməllərini davam etdirərək “Rifah-inşaat” MMC-nin rəhbəri Abbas Rüstəmovdan “Qızıl-Qaya” su anbarının tikintisi adı ilə 10.0 min, həmçinin Quba rayonunda 4 orta məktəbin tikintisi üçün isə daha 20.0 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçirib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.