Yunanıstanla Türkiyə arasında növbəti qalmaqal - Daha bir inqilabçıya sığınacaq verildi

yunanistanla-turkiye-arasinda-novbeti-qalmaqal
Oxunma sayı: 4476

Yunanıstan Şurası Türkiyədə 15 iyul çevrilişə cəhd hadisələrində iştirak edən qiyamçılardan Süleyman Özkaynakçıya sığınacaq hüququ verilməsinə dair yekun qərarını açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki,  Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Yunanıstanın bu hərəkətlə növbəti dəfə beynəlxalq müqavilələri pozduğunu bildirib:

“Bu ölkə artıq qiyamçı və terrorçular üçün təhlükəsiz bir ölkə olub. Qərar Avropa İttifaqı və bütün ölkələr tərəfindən qınanmalı və rədd edilməlidir”.

Xatırladaq ki, bundan əvvəl Yunanıstan Mühacir İdarəsi tərəfindən 3 qiyamçıya sığınacaq hüququ verilmişdi.